HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları son 48 saatda 40 İsrail əsgərini öldürdüklərini və 44 hərbi maşını məhv etdiklərini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəssam Briqadalarının "Telegram" hesabında açıqlama verilib.
“Son 48 saat ərzində biz Qəzza zolağında münaqişənin bütün cəbhələrində 44 hərbi maşını tamamilə və ya qismən məhv etmişik”, - deyə məlumatda bildirilib.
Məlumatda həmçinin Qəssam Briqadalarının Qəzza zolağına qurudan girən İsrail qüvvələrini hədəf alan hücumlarda 40 İsrail əsgərini öldürdüyü, onlarla əsgəri yaraladığı vurğulanıb.
Qeyd edək ki, İsrail hələlik bununla bağlı açıqlama verməyib.
Malik Atilay