525.Az

Azərbaycan alimi Londonda “Aytmatov Akademiyası”nın elmi konfransında məruzə edib


 

Azərbaycan alimi Londonda “Aytmatov Akademiyası”nın elmi konfransında məruzə edib<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Londonda “Aytmatov Akademiyası”nın təşkilatçılığı ilə “Dünyada Çingiz Aytmatov irsinə humanist yanaşmalar” mövzusunda keçirilən elmi konfransda iştirak edib.

İnstitutdan 525.az-a bildirilib ki, gənc aytmatovşünas alim konfransın “Yazıçının Azərbaycan arxivlərində saxlanan şəxsi məktubları” (The personel letters of the writer at the Archives of Azerbaijan) mövzusunda birinci panelində çıxış edib.

Konfransda Böyük Britaniyanın Oksford və digər universitetlərindən, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Almaniya və Rusiyadan alimlər iştirak ediblər.

 





12.12.2023    çap et  çap et