525.Az

"Meta" ilə bağlı rəqabət araşdırması


 

"Meta" ilə bağlı rəqabət araşdırması<b style="color:red"></b>

Rəqabət Şurası “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta Platforms Inc” şirkətinə qarşı “Rəqabətin Mühafizəsi haqqında” qanunu pozduğu iddiası ilə araşdırma başlatmağa qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəqabət Qurumunun internet saytında yer alan elana görə, "Meta Platforms Inc"in yeni istifadəyə verdiyi "Threads" tətbiqini "Instagram" tətbiqi ilə birləşdirərək Rəqabətin Mühafizəsi haqqında Qanunun müvafiq maddəsini pozduğunu müəyyən etmək üçün aparılan ilkin araşdırma İdarə Heyəti tərəfindən yekunlaşdırılıb.

İlkin araşdırma zamanı əldə edilən məlumat, sənədlər və sübutları müzakirə edən İdarə Heyəti tapıntıları ciddi və yetərli hesab edib. Nəticədə, "Meta Platforms İnc"i ciddi cəzalar gözləyə bilər. 

Malik Atilay

 





13.12.2023    çap et  çap et