525.Az

Qadın həbsdə olan həyat yoldaşına corabda telefon keçirməyə cəhd edib


 

Qadın həbsdə olan həyat yoldaşına corabda telefon keçirməyə cəhd edib<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

525.az-a Xidmətdən verilən məlumata görə, həbs edilmiş şəxs Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 





14.12.2023    çap et  çap et