525.Az

Respublika Uşaq Kitabxanasında Yeni il ərəfəsində oxucularla masterclass dərslərinə start verilib


 

Respublika Uşaq Kitabxanasında Yeni il ərəfəsində oxucularla masterclass dərslərinə start verilib<b style="color:red"></b>

Dekabrın 13-də Respublika Uşaq Kitabxanasında 6-12 yaş qrupu üzrə oxucuların iştirakı ilə  “Yeniil”ə aid  masterclass dərslərinə start verilib.

525.az xəbər verir ki, birinci dərs kitabxananın nağıl otağında keçirilib.

Kiçik yaşlı oxucular şam ağacını bəzəmək üçün yeni il oyuncaqları düzəldiblər. Məktəblilər tətbiqi sənət dərslərində kitabxananın fondunda olan bacarıqlı əllər kitablarından istifadə ediblər. Bundan sonra davam edəcək dərslərdə oxucular Yeni il  tətbiqi sənət dərslərində müxtəlif oyuncaqlar və əşyalar düzəltməyi öyrənəcəklər. Masterclassların keçirilməsində əsas məqsəd uşaqların dərsdən sonra asudə vaxtlarını səmərəli təşkil etmək və onların istedad və bacarıqlarını üzə çıxartmaqdır. 

 

 





14.12.2023    çap et  çap et