525.Az

"İkinci Qarabağ müharibəsi türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdı" - Rəşad Məcid


 

 "İkinci Qarabağ müharibəsi türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdı" - <b style="color:red">Rəşad Məcid</b>

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı İkinci Qarabağ müharibəsinin türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib.

“Biz müharibə günlərində Azərbaycan və Türkiyə mediasının erməni mediasının, lobbi və diaspor təşkilatlarının yalanlarına, dezinformasiyalarına qarşı müştərək fəaliyyətinin şahidi olduq. Eləcə də digər türkdilli xalqların media orqanları və birlikləri Azərbaycanın haqq işinə dəstək göstərdilər. Qətiyyətlə deyə bilərəm ki, zəfərimizin əldə edilməsində informasiya müharibəsindəki uğurun da öz payı var”, - o bildirib.

R. Məcid türk dünyasının media orqanları arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib: “Həm də ona görə ki, türk dünyası hazırda qlobal faktor kimi çıxış etməkdə, dünyada özünü təsdiqləməkdədir. Medianın da bu böyük siyasi düzənə adekvat fəaliyyət göstərməsi şərtdir”.

Mətbuat Şurasının sədri, həmçinin Şuşada keçirilmiş qlobal media forumundan danışıb: “Bu, müasir media tendensiyalarının təhlili baxımından mühüm tədbir idi. Belə konfranslar davamlı olacaq”.

 





14.12.2023    çap et  çap et