525.Az

"Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dolları investisiya qoyub" - Nazir


 

 "Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dolları investisiya qoyub" - <b style="color:red">Nazir</b>

“Bu gün keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da iştirakımız barədə fikir mübadiləsi apardıq”.

525.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın aylar ərzində üçtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub: “2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyyəmiz 7 milyarda yaxınlaşıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 20, Türkiyə isə Azərbaycana 15 milyard ABŞ dolları investisiya yatırıb. Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik”.

C.Bayramov bildirib ki, görüşdə Türkiyə şirkətlərinin azad edilən ərazilərdəki fəaliyyəti də xüsusi müzakirə mövzusu olub: “Minalarla bağlı məsələni də müzakirə etdik”.

 





14.12.2023    çap et  çap et