525.Az

"Azərbaycanda elektrik enerjisi istehsalı artıb" -  Pərviz Şahbazov


 

"Azərbaycanda elektrik enerjisi istehsalı artıb" - <b style="color:red"> Pərviz Şahbazov</b>

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 223 milyon kVt/saat artaraq 26 487,5 milyon kVt/saat təşkil edib.

525.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, 11 ay ərzində ölkəmiz 2 752,7 milyon kVt/saat elektrik enerjisi ixrac edib, 200,8 milyon kVt/saat isə elektrik enerjisi idxal edib.

O cümlədən, hesabat dövründə İES-lər üzrə 24 525,1 milyon kVt/saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

 





15.12.2023    çap et  çap et