525.Az

Bakıda "Prius" piyadanı vuraraq öldürüb


 

Bakıda "Prius" piyadanı vuraraq öldürüb<b style="color:red"></b>

Bakıda "Toyota-Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb.

525.az xəbər verir ki, Cahangirov Polad Yusif oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədov Sadiq Rizvan oğlunu ehtiyatsızlıqdan vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

 





15.12.2023    çap et  çap et