525.Az

Ulu Öndərin 100 illiyinə həsr olunmuş əsərin təqdimatı keçirilib


 

Ulu Öndərin 100 illiyinə həsr olunmuş əsərin təqdimatı keçirilib<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən nəşrə hazırlanan “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib.

Akademik diqqətə çatdırıb ki, “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, eləcə də muxtar respublikada mühüm mədəni-kütləvi tədbirlər, elmi konfranslar, kitab təqdimatları və sərgilər təşkil olunur, əsərlər nəşr edilir. Bütün bunlar Ulu Öndər irsinin daha dərindən öyrənilməsinə xidmət edir.

Bölmə sədri bildirib ki, “Taleyi və sənəti” seriyası üzrə kitabların nəşrinə 2007-ci ildə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə başlanıb. Çap olunan kitablar bir qayda olaraq Naxçıvanın görkəmli tarixi şəxsiyyətlərinə, yaxud ədəbi mühitin tanınmış nümayəndələrinə həsr olunur. Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” kitabı həmin seriyadan olan 17-ci kitabdır. Burada 15 tədqiqatçının Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən və ölkəmizə qazandırdığı inkişafdan bəhs edən elmi məqalələri yer alıb.

Daha sonra AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” əsəri haqqında bir neçə söz”, professor Vəli Baxşəliyev “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə dəyərli töhfə” mövzusunda məruzə ediblər.

Məruzələrdə Ulu Öndərin xalqımız və dövlətimiz üçün mühüm xidmətlərindən, Türk dünyasının birliyi uğrunda fəaliyyətindən, tariximizə göstərdiyi qayğıdan söz açılıb. Qeyd olunub ki, Heydər Əliyev elmin inkişafına, elm adamlarına daim qayğı göstərmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinə xüsusi önəm  vermişdir.

Mərasimdə çıxış edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Zaman Abbaslı əsərin əhatə etdyi mövzular barədə ətraflı məlumat verib. “Azərbaycan elminin böyük hamisi”, “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi: milli ideologiya, ana dili və ədəbiyyat siyasəti”, “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı”, “Bir şəklin tarixçəsi” və başqa məqalələrdə tədqiqata cəlb olunan mühüm məsələləri nəzərə çatdırıb.

 





15.12.2023    çap et  çap et