525.Az

"BakuBus"un avtobusunda yanğın olub


 

"BakuBus"un avtobusunda yanğın olub<b style="color:red"></b>

Bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisionerin partlaması nəcisəində yanğın baş verib.

525.az-a "BakuBus"dan verilən xəbərə görə, hadisə bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb:

"Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilmişdir.Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilmiş, marşrutun hərəkət qrafiki bərpa edilmişdir. Sərnişinlər arasında xəsarət alan yoxdur".

 





15.12.2023    çap et  çap et