525.Az

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb


 

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb<b style="color:red"></b>

Bu ilin 11 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 223 mln. kVt-saat artaraq 26 487,5 mln. kVt-saat təşkil edib.

525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ixracı 2 752,7 mln. kVt-saat, idxalı isə 200.8 mln. kVt-saat təşkil edib.

Qeyd olunur ki, yanvar-noyabr aylarında İstilik Elektrik Stansiyaları üzrə 24 525,1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

 





15.12.2023    çap et  çap et