525.Az

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanılıb


 

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanılıb<b style="color:red"></b>

“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olub. “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanılıb.

525.az xəbər verir ki, layihənin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, musiqi xadimləri yaxından iştirak edir.

Layihə çərçivəsində xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) ixtisas fənlər üzrə region müəllim və şagirdlərə onlayn ustad dərsləri keçəcəklər. Bununla ustad ifaçılar regionlarda yaşayan istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçməklə onların yaradıcılığına dəstək olacaq.

Layihə çərçivəsində Azərbaycanın musiqi məktəbləri vasitəsilə ətraf rayon və kəndlərdən digər istedadlı musiqiçilər də onlayn dərslərə cəlb ediləcək.

 





17.11.2020    çap et  çap et