525.Az

İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” adlı layihə keçiriləcək


 

İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” adlı layihə keçiriləcək<b style="color:red"></b>

İsrailin Təl-Əviv şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirilməsi planlaşdırılır.

525.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunovun xatirəsinə həsr olunacaq tədbir Azərbaycan Gənclər Fondu, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İB və “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. 

Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hazırlanır.

Tədbirin bədii hissəsində  Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) və İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir. 

Həmçinin tədbirdə Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların yaradıcılığından əsərlər səsləndiriləcək. Qeyd edək ki, sözügedən layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.

 





18.01.2020    çap et  çap et