525.Az

Bəzi seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq


 

Bəzi seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq<b style="color:red"></b>

Bəzi seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq.

Bu barədə 525.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.

Bildirilib ki, dekabrın 15-də Dövlət Xidmətində gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət işçi qrupunun ilk iclası keçirib

Müzakirələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.

 





16.12.2023    çap et  çap et