525.Az

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı - Yenilənib


 

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı - <b style="color:red">Yenilənib</b>

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 5 yox, 6 nəfər dünyasını dəyişib. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. 
 
*** 10:28
 
3 saylı şəhər xəstəxanasından APA-ya verilən xəbərə görə, xəstəxanaya 2 yaralı gətirilib. Onlardan birinin şəxsiyyəti naməlumdur, digərinin isə Nizami Gülməmmədov olduğu bildirilib.
 
Hər 2 yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 
 
Şəxsiyyəti məlum olmayan yaralının vəziyyətinin olduqca ağır olduğu bildirilir. 
 
*** 10:18
 
Bakının Sabunçu rayonunda 5 nəfərin ölümü ilə nəticələnən  dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
Məlumata görə, ölənlərin hamısı VAZ-2106” markalı avtomobildə olublar.  “Mercedes”in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.

 





03.09.2014    çap et  çap et