525.Az

Qəbiristanlıqda silahlı insident


 

Qəbiristanlıqda silahlı insident<b style="color:red"></b> Gəncənin 4 saylı şəhər qəbiristanlığında silahlı insident baş verib.
 
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, ötən gün 31 yaşlı şəhər sakini Zaməddin Fərəcov ayaq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən Z.Fərəcovun vəziyyəti orta ağır qiymətləndirilir.
 
Zərərçəkən bildirib ki, naməlum şəxs tərəfindən “Vinçester” markalı odlu silahla güllələnib. İnsidentin baş verdiyi qəbiristanlıq Göygöl rayonu ərazisində yerləşdiyindən, hadisəni Göygöl rayon Polis Şöbəsi araşdırır.

Şöbədən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb. Hadisəni törədən şəxsin axtarılması istiqamətində tədbirlər həyata keçirilir.
 





03.09.2014    çap et  çap et