525.Az

Havanın temperaturu düşəcək


 

Havanın temperaturu düşəcək<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də gün ərzində güclənən şimal küləyi havanın temperaturunun enməsinə səbəb olacaq.

 





07.11.2012    çap et  çap et