525.Az

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək


 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək<b style="color:red"></b>

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.

525.az bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.

 





19.12.2023    çap et  çap et