Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzildə yanğın olub.
525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə nəticəsində mətbəxdə 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası yanıb.
Yüksək temperaturdan mətbəx mebeli, plastikdən ibarət qapı və pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.