525.Az

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub


 

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub<b style="color:red"></b>

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 64 m² olan 3 otaqlı mənzilin yataq otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat verib.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





19.12.2023    çap et  çap et