525.Az

Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib


 

Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində məlumat verib.

“Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb”, - səfirin paylaşımında yazılıb.

E.Süleymanov, həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.

 





19.12.2023    çap et  çap et