Ağstafada yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.
525.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşub.
Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (APA).