525.Az

Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib


 

Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib<b style="color:red"></b>

Bu gün “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.

525.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.

Rusiyada son aylar toyuq yumurtasının qiymətində artım müşahidə olunur. "Rosstat"ın məlumatına görə, noyabrda yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb.

 





19.12.2023    çap et  çap et