525.Az
Göyçayda ağaclar kütləvi şəkildə kəsilir
Göyçayın Qaraməryəm kəndində ağaclar kütləvi şəkildə kəsilir.
Bu barədə Lent.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, hazırda çəkilməkdə olan Göyçay-Qaraməryəm-İsmayıllı yolunun adıçəkilən kəndin ərazinə düşən hissəsində xeyli sayda ağac məhv edilib.
Kənd sakinləri bununla bağlı yol tikintisini həyata keçirən şirkətə etirazlarını bildirsələr də, şirkət nümayəndələri vətəndaşların etirazına məhəl qoymayıblar: “Çəkilən yolun bir hissəsində ağaclar, bir hissəsində isə kiçik ticarət obyektləri yerləşir. Əgər yolu genişləndirmək istəyirlərsə, yaxşı olardı ki, ağacların kəsilməsi əvəzinə, həmin o kiçik obyektlər sökülərdi”-deyə, kənd sakinləri bildiriblər.
Qeyd edək ki, bununla bağlı Ekologiya və Təbii Sərvlər Nazirliyinin qaynar xəttinə müraciət olunub.
Nazirlikdən isə bu məsələnin araşdıracaqlarını bildiriblər.
03.09.2014
çap et