525.Az

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb


 

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb<b style="color:red"></b>

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb.

525.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, avtomobillərin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Fərəcov Rəşad Müseyib oğlu, 1994-cü il təvəllüdlü Fərzəliyev Cavanşir Çingiz oğlu, 1995-ci il təvəllüdlü Allahverdiyev Orxan Namiq oğlu, 1997-ci il təvəllüdlü Hüseynov Elnur nazim oğlu, 1989-cu il təvəllüdlü Allahyarov Elşən Vidadi oğlu və Hacıqabul sakini, 1997-ci il təvəllüdlü Əliyev Fərid Bəhram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (“Report”).

 





20.12.2023    çap et  çap et