525.Az

Bakıda qadın keçmiş əri tərəfindən bıçaqlanıb


 

Bakıda qadın keçmiş əri tərəfindən bıçaqlanıb<b style="color:red"></b>

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

525.az xəbər verir ki, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Zeynalova Aytac Vüqar qızı küçədə keçmiş əri ilə üzləşib.

Ər ona hücum edərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, hadisə şahidlərinin verdiyi məlumata görə, keçmiş ər A.Zeynalovanı başqa bir şəxslə parkda görüb.

Bundan hiddətləndiyindən o, Aytacı bıçaqlayıb (APA).

 





20.12.2023    çap et  çap et