525.Az

Qudyalçay üzərində yeni körpünün tikintisi yekunlaşır


 

Qudyalçay üzərində yeni körpünün tikintisi yekunlaşır<b style="color:red"></b>

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası artıq yekunlaşmaq üzrədir.

525.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, iki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metrdir.

Məlumata görə, hazırda körpünün avtomobil və piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrinə asfalt döşənməsi işləri icra olunur.

Yeni körpünün tikintisinin yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.

 





20.12.2023    çap et  çap et