525.Az

Qobustanda 5 qumbara tapılıb


 

Qobustanda 5 qumbara tapılıb<b style="color:red"></b>

Qobustanda 5 qumbara aşkar edilib.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı rayon ərazisindən 5 ov tüfəngi, 5 qumbara və 146 ədəd patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə rayon sakini qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Bu istiqamətdə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

 





20.12.2023    çap et  çap et