525.Az

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var


 

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var<b style="color:red"></b>

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə Balakürd kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 





20.12.2023    çap et  çap et