525.Az

Yasamalda yeniyetməyə qarşı cinayət törədilib


 

Yasamalda yeniyetməyə qarşı cinayət törədilib<b style="color:red"></b>

Dekabrın 20-də gecə saatlarında Yasamal rayonu ərazisində bir yeniyetmənin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

525.az-a DİN-dən verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini 1997-ci il təvəllüdlü R.Əhədzadə müəyyən olunaraq saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 





21.12.2023    çap et  çap et