525.Az

Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb


 

Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb<b style="color:red"></b>

Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





21.12.2023    çap et  çap et