525.Az

Azad olunmuş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək


 

Azad olunmuş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək<b style="color:red"></b>

"İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar XXVI Baş Məclisində hesabat məruzəsi ilə çıxışında deyib.

"Belə ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində AzQAC-ın 3 şəhərdə ofis inşa etməsi gözlənilir", - o bildirib.

İcraçı katib antiterror tədbirlərindən sonra AzQAC tərəfindən humanitar siyasətin parçası olaraq, Qarabağ iqtisadi rayonunda yaşayan əhaliyə yardım edilməsi məsələsini də xüsusilə vurğulayıb:

"Bu fəaliyyət çərçivəsində 40 ton un əraziyə göndərilib və lazımi məntəqələrə çatdırılıb".

 





21.12.2023    çap et  çap et