525.Az

"Türk dünyasının həmrəy olmaqdan başqa şansı yoxdur" -  Göksel Aşan


 

"Türk dünyasının həmrəy olmaqdan başqa şansı yoxdur" - <b style="color:red"> Göksel Aşan</b>

"Türk dünyasının həmrəy olmaqdan başqa şansı yoxdur, xüsusi ilə də iqtisadi sektorda güclü və həmrəy olmaq önəmlidir".

525.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin maliyyə idarəsinin müdiri Göksel Aşan Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya forumu"nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son 20 ildə bu coğrafiyada ən sürətlə inkişaf edən ölkə Azərbaycandır.

Göksel Aşan qeyd edib ki, torpaqların azad olunmasından sonra Azərbaycan daha sürətlə inkişaf edir.

“Bu gün Azərbaycanın potensialını bilərək bura investisiya yatırmaq üçün gələn kifayət qədər əcnəbi var. Bu gün Azərbaycanda iki qardaş ölkənin birgə əməkdaşlığı üçün kifayət qədər imkanlar var. Azərbaycanda qardaş ölkədən gələnlərə qapı açıqdır”, - deyə o əlavə edib.

 





21.12.2023    çap et  çap et