525.Az

Macarıstan Ramil Səfərov məsələsinə yenidən baxacaq


 

Macarıstan Ramil Səfərov məsələsinə yenidən baxacaq<b style="color:red"></b>

Azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasından sonra erməni tərəfinin başlatdığı çirkin kampaniya davam edir. Ermənilərin davamlı təzyiq və təhdidlərindən sonra rəsmi Budapeşt Ramil Səfərovla bağlı məsələnin yenidən araşdırılacağını açıqlayıb.

Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı gələn həftə Ermənistan və macar nümayəndə heyətləri görüşəcəklər. Görüşdə macar tərəfini hüquq müdafiəçiləri təmsil edəcəklər.

Rəsmi İrəvanın Ramil Səfərovu ekstradisiya etdiyi üçün məhkəmə ilə hədələdiyi Macarıstan rəsmiləri danışıqların aparılmasına ehiyac duyulduğunu bildiriblər.

 Qeyd edək ki, Azərbaycanlı zabit Ramil Səfərov 8 illik həbsdən sonra Macarıstandan ekstradisiya olunaraq prezident İlham Əliyevin sərəncamı ilə azadlığı buraxılıb. R.Səfərovun azadlıq çıxmasında ehiyat edən Ermənistan Macarıstan hökumətinə qarşı təzyiqlərini davam etdirir.

 





07.11.2012    çap et  çap et