525.Az

Şahin Bağırov Masallıda vətəndaşları qəbul edəcək


 

Şahin Bağırov Masallıda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərində vətəndaşları qəbul edəcək.

525.az komitəyə istinadən xəbər verir ki, Ş.Bağırov dekabrın 26-da saat 10:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Qəbul zamanı Masallı və Yardımlı rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.

 





21.12.2023    çap et  çap et