525.Az

Azərbaycanın sığorta bazarı 27 faiz böyüyüb


 

Azərbaycanın sığorta bazarı 27 faiz böyüyüb<b style="color:red"></b>

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə toplanılmış sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çox olub".

525.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, ölkə sığorta olunan predmetlərin sayı 5 milyonu keçib və bu rəqəm getdikcə artır.

"İnsanlarımız, xüsusilə iş adamlarımız getdikcə daha çox sığorta təminatı ilə əhatə olunur", - deyə AMB rəsmisi əlavə edib.

 





21.12.2023    çap et  çap et