525.Az

"İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ münaqişəsinə son qoyuldu" -  Baş prokuror


 

"İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ münaqişəsinə son qoyuldu" - <b style="color:red"> Baş prokuror</b>

"Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi, diplomatik siyasət nəticəsində 30 ildən artıq davam edən Qarabağ münaqişəsinə artıq son qoyulub".

525.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib, Qarabağda Azərbaycan bayrağı dalğalanır: “Bu il Prezident İlham Əliyevin siyasətə hakimiyyətə gəlişinin 20 ili tamam oldu. 15 oktyabrın 2023-cü ildə biz onun siyasi hakimiyyətə gəlişini qeyd etdik. Eyni zamanda işğaldan azad edilən ərazilərdə iri və çoxsaylı quruculuq, bərpa işləri sürətlə davam edir. Qarabağ günü-gündən gözəlləşir. Qarabağda həyat dirçəlir”.

Baş prokuror qeyd edib ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən fakültəyə tələbə qəbulunda mövcud maneələrin aradan qaldırılması olub: "Ümummilli lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub".

Kamran Əliyev deyib ki, əvvəllər hüquq fakultəsinə yalnız vəzifəli şəxslərin övladları daxil olurdusa, Heydər Əliyevin birinci hakimiyyət dövründə onun göstərişi ilə hər şey şəffaflaşdı və zəhmətkeşlərin övladları da burada təhsil almağa başladı. O bildirib ki, bu, Azərbaycan üçün, Azərbaycan hüququ üçün çox əhəmiyyətli hadisəydi:

“Mən həmin dövrlərdə Rusiyada təhsil alırdım. Bu hadisə təkcə Azərbaycan cəmiyyəti üçün mühüm hadisə deyildi, bütün sovetlər birliyinə səs salmışdı. Heydər Əliyevin hüquq fakultəsində təhsil alan tələbələrə qoyduğu tələblər vardı. Həmin tələblər bütün sovetlər birliyində qəbul edilirdi”.

 





21.12.2023    çap et  çap et