525.Az

Qərbi Azərbaycanın Arçut kənd sakinləri tədbir keçiriblər


 

Qərbi Azərbaycanın Arçut kənd sakinləri tədbir keçiriblər<b style="color:red"></b>

“15 dekabr-Arçut elinin həmrəylik günüdür” şüarı altında Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Yaqublu (Qarakilsə) ərazisində yerləşən Arçut (Ardıc)  kənd sakinlərinin  həmrəylik günü qeyd olunub. 

525.az xəbər verir ki, tədbiri Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən  Böyük Qarakilsə İcmasının “Arçut kənd İcması” və “ARDIC” Hərəkatı  birgə  təşkil edib.  

Tədbirdə Arçut əsilli sakinlərlə yanaşı, Qərbi Azərbaycan İcmasının üzvü olan qonaqlar da iştirak ediblər. Onların arasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri  Misir Mərdanov,  BDU-nun keçmiş rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Böyük Qarakilsə İcmasının sədri professor Zahid Cəfərov, professor, akademik Vaqif  Şadlinski də olublar. 

Tədbir himnimizin sədaları altında açılmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtmaları ilə bağlı fikirləri səsləndirilib. 

Tədbirdə Misir Mərdanov, Abel Məhərrəmov, Vaqif  Şadlinski çıxış edərək Arçutluların tezliklə öz tarixi yurdlarına qayıtmalarını arzu ediblər. Onlar Milli Liderimiz Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycanlılarla bağlı konsepsiyalarından söhbət açıblar. 

Tədbir Arçut(Ardıc) kəndinin ictimai fəallarının son üç ildə gördükləri məruzə və hesabatlarla davam edib. Kəndin tarixi, ictimai, mədəni və sosial həyatı, təhsil sahəsi  çıxışçıların əsas mövzusunu təşkil edib.

 





21.12.2023    çap et  çap et