525.Az

Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır


 

Ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar hazırlanır<b style="color:red"></b>

"Dini etiqad azadlığı haqqında" qanuna ediləcək düzəlişə görə, ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar qəbul olunmalıdır".

525.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədrinin sözlərinə görə, ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə ətraflı məlumat veriləcək: "Həmin xüsusi qaydalar üzrə ekspertlər tərəfindən işlər aparılır".

M.Qurbanlı ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə də toxunub: "Nəzərdə tutulur ki, ianə toplandıqdan sonra həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələri internet üzərindən açıq şəkildə göstərsin, daha sonra ayrı-ayrı icmaların və ya öz təşəbbüsləri ilə müxtəlif layihələr tərtib edərək xərclənmənin şəffaflığını təmin etsinlər. Bunlar qanundan irəli gəlir. Hazırlanmaqda olan xüsusi qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra tətbiqi də öz həllini tapacaq" ("Report").

 





21.12.2023    çap et  çap et