525.Az

Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər açıqlanıb


 

Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər açıqlanıb<b style="color:red"></b>

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.

"Məsələnin dərindən müzakirəsi yəqin ki, gələn il olacaq", - N.Aslan vurğulayıb.

 





21.12.2023    çap et  çap et