525.Az

"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparılır" -  Mübariz Qurbanlı


 

"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparılır" - <b style="color:red"> Mübariz Qurbanlı</b>

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din adından istifadə edən radikal ekstremist qruplara qarşı mübarizə aparıldığını bildirib".

525.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış edir:

"Azərbaycanda din adından istifadə edən radikal ekstremist qrupların aradan qaldırıması üzrə işlər davam edir. Onlar din adından istifadə edirlər. Heç bir din nə radikalizm, nə də ekstremizmə çağırış edir. Bütün dinlər sülhə, əmin-amanlığa çağırır. Amma din adından sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması üçün geniş maarifləndirmə işləri də aparılır".

 





21.12.2023    çap et  çap et