525.Az

İsmayıllı sakini bıçaqlanıb - oğlu saxlanılıb


 

İsmayıllı sakini bıçaqlanıb - <b style="color:red"> oğlu saxlanılıb</b>

İsmayıllıda bıçaqlanma olub.

525.az xəbər verir ki, rayon sakini 53 yaşlı Sübhan Dadaşov bıçaqlanıb.

Onun 1994-cü il təvəllüdlü oğlu Emin Maarifli tərəfindən bıçaqlandığı bildirilir.

S.Dadaşov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir (APA).

 





21.12.2023    çap et  çap et