525.Az

"Metsamor AES region üçün təhlükə yaradır" -  Brenda Şaffer


 

"Metsamor AES region üçün təhlükə yaradır" - <b style="color:red"> Brenda Şaffer</b>

"Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Metsamor Atom Elektrik Stansiyasının region üçün təhlükə yaratdığını bildirib.

525.az xəbər verir ki, o, bu barədə "X" hesabında Rusiya və Ermənistanın Metsamor AES-in fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul etməsinə münasibət bildirərkən yazıb.

"Rusiya və Ermənistan Metsamor AES-in fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul edib. Xatırladım ki, bu obyektin ikinci mühafizə qabı yoxdur və Ermənistan, Gürcüstan, Türkiyə, İran və Azərbaycan xalqları üçün təhlükə yaradır", - B.Şaffer qeyd edib.

Siyasi şərhçi həmçinin Avropa İttifaqı Ermənistanla imzaladığı bütün əməkdaşlıq müqavilələrində Metsamor AES-in bağlanmasına təkid edib: "Hətta Ermənistana elektrik enerjisi istehsalını əvəzləməsi üçün vəsait belə verdi".

 





21.12.2023    çap et  çap et