525.Az

"Xəzərin şərq sahillərindəki limanlarda dib dərinləşmə işləri sürətləndirilməlidir"


 

"Xəzərin şərq sahillərindəki limanlarda dib dərinləşmə işləri sürətləndirilməlidir"<b style="color:red"></b>

Xəzərin şərq sahillərində yerləşən limanlarda dib dərinləşmə işlərinin sürətlənməsinə ehtiyac var.

525.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

"Bu, problemli sahələrdən biridir, çünki bizim gəmilər o istiqamətdə hərəkət edəndə orada 60-70 %-ədək yükləmə imkanları olur. Bu da daşımalar üzrə qiymətlərin daha da optimallaşmasına imkan yaradır", - nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün Xəzər keçidlərində Azərbaycan qədər üzərinə yük götürən ikinci ölkə yoxdur: "Burada olan problemi yalnız Azərbaycanın investisiyaları hesabına icra olunması kifayət qədər mürəkkəbdir. Biz bu istiqamətdə bütün ölkələrlə əməkdaşlıq edirik".

R. Hümmətov qeyd edib ki, rəqəmsal nəqliyyat-loqistika informasiya sisteminin konseptual layihəsi hazırlanıb: "Bu kifayət qədər böyük platformadır. Azərbaycan üzərindən bütün yük axınlarının - sənədləşmə, lisenziya və icazələrin alınması, nəqliyyat növlərinin seçilməsi ilə bağlı müqavilələrin imzalanmasına qədər bütün proseslərin tam rəqəmsallaşması planlaşdırılır".

 





21.12.2023    çap et  çap et