525.Az

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib - YENİLƏNİB


 

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib - <b style="color:red">YENİLƏNİB</b>

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

525.az xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

xxx

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

525.az xəbər verir ki, hələlik görüşdə hesab açılmayıb.

xxx

Xankəndidə “Qarabağ” və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

525.az  xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

xxxx

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

“Report”un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

 





21.12.2023    çap et  çap et