525.Az

Respublika Uşaq Kitabxanasınasına növbəti ekskursiya təşkil olunub


 

Respublika Uşaq Kitabxanasınasına növbəti ekskursiya təşkil olunub<b style="color:red"></b>

 21 dekabr tarixində  Respublika Uşaq Kitabxanasına Azərbaycanın Milli Qəhrəmanı Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ekskursiyasi təşkil olunub.

525.az xəbər verir ki, öncə  məktəblilər  kitabxana ilə tanış olduqdan sonra  kitabxananın kiçik  oxu zalında “Şaxta baba üçün xüsusi hədiyyə” , “Cırtdan”, ”Afrika Safarisi”, ”Bir Gün Kənddə”  nağıl kitabları ilə tanış olublar. Həmçinin məktəbilərə Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” adlı kitabı haqqında ətraflı məlumat verilib.

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları  Respublika Uşaq Kitabxanasının zəngin kitab fondu ilə yaxından tanış etmək, onlarda  mütaliə mədəniyyətini və kitaba  olan marağı artırmaqdır.

 





21.12.2023    çap et  çap et