525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu <b style="color:red"></b>

(əvvəli ötən sayımızda)

Naxçıvan
Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri  Naxçıvanın təkcə Azərbaycanın deyil, ümumən dünyanın  ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyar kimi səciyyələndirib. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımızın yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan  tarixi-mədəni abidələri ilə yanaşı həm tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da onu göstərir ki, Naxçıvan həm maddi-mədəni, həm mənəvi baxımdan Azərbaycanın zəngin bölgəsidir. Silsilə yazılarımızda sözügedən regionun məşhur maddi-mədəni abidələri tarixi şəxsiyyətləri haqqında ayrılıqda bəhs edəcəyik. Naxçıvan Muxtar Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Bunlardan 663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət, 36- tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır. 

TARİXİ ABİDƏLƏR

Naxçıvanın ən məşhur tarixi abidələrindən biri Gəmiqayadır. Ordubad rayonu ərazisində, Tivi Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ, Zəngəzur silsiləsinin suayrıcında zirvə olan Gəmiqayanın hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlib. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşib, hətta burada təbii məbədlər meydana gəlib. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı zirvəsi daim qarla, buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m) xalq arasında Gəmiqaya adı verilib. Burada eradan əvvəl 4-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) var.

Naxçıvanın qədim tarixini özündə əks etdirən maddi-mədəni nümunələrdən biri Fərhad evi abidələridir. Tədqiqatlar Fərhad evi abidələrinin eradan əvvəl  I minilliyin sonlarına eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb. Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıb. Divarların dibində səki düzəldilib; birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 m, eni 1,30 m-dir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzun saçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimali-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 m hündürlükdə uzunluğu 5 m, eni 80 sm, dərinliyi 30 sm olan səki qazılıb: səki boyunca 3 sətirlik qədim yazı həkk olunub. Məzmunu oxunmaz vəziyyətə salınmış yazı güman olunduğuna görə, mixi yazısıdır. Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki vişap oğurlanıb. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi yaradılıb. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilib. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır.

Naxçıvanı nəinki ölkəmizdə, həm dünyada tanıdan məşhur abidəsi Əshabi- Kəhf Ziyarətgahıdır. Şəhərdən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağaranın adının ərəb dilində mənası "mağara sahibləri" deməkdir. Qurani-Kərimdə "əl-Kəhf" surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə öz əksini tapıb. Uzun illər bir sıra ədəbiyyatda mövcud olmuş yanlış fikrə görə hadisə xristianlıqla əlaqələndirilib, Qurani-Kərimdə adı çəkilən mağaranın Kiçik Asiya ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Həmin ədəbiyyatlarda Naxçıvanda olan Əshabi-Kəhf mağarasından rəvayətdən bəhs olunmayıb. Lakin son dövrdə aparılmış araşdırmalar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf mağarası Naxçıvan ərazisindədir bunun xristianlıqla heç bir əlaqəsi yoxdur. Mağaranın sonunda olan məscidin mehrabında kitabə var. İri həcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən "əl-Kəhf" surəsindən 9-12, 17-18-ci ayələri həkk edilib. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvarı haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: "Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli-adı çəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi-qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190- ilin səfər əl-müzəffər ayında (22.03-20.04-1776) lövhəni yazıb qurtarmışdır". Göründüyü kimi əvvəllər bu kitabənin yerində Qurani-Kərimin qeyd olunan ayələri həkk olunmuş ayrı bir kitabə olub,  ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı üçün həmin vaxt Naxçıvan ölkəsinin hakimi olan Şükrulla xan Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazılıb onun yerinə qoyulub.

Ümummilli lider Heydər Əliyevin tapşırığı himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub. Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa abadlıq işləri aparılıb. Bərpa abadlıq işləri zamanı Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılıb, 13 km məsafədə rahat yol salınıb, yolboyu yaşıllaşdırma işləri aparılıb, məscid tikilib. Hazırda buraya Azərbaycanın başqa bölgələrindən xarici ölkələrdən zəvvarlar, turistlər qonaqlar gəlirlər.

(ardı var)

S.ABDULLAYEVA

 





03.09.2014    çap et  çap et