525.Az

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib


 

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edilib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə yeni müşavir təyin edilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Rəşad Məsim oğlu Məmmədov Mərkəzi Bankın sədrinin yeni müşaviri təyin edilib.

Qeyd edək ki, R. Məmmədov 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.

 





22.12.2023    çap et  çap et