525.Az

Ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng götürülüb


 

Ötən gün vətəndaşlardan <b style="color:red"> 1 avtomat, 11 tüfəng götürülüb</b>

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd qumbara, 1 ədəd tapança, 1 ədəd patron darağı, 1 tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.

 





22.12.2023    çap et  çap et